- Köhnə - Dünya
- 9 Mart 2018 11:46
- 5 021
Norveç parlamentinin sədri istefa verdi
Norveç parlamentinin sədri Ulemik Tommessen dünən vəzifəsindən istefa verib.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, istefanın səbəbi ölkə parlamentinin binalarının yenidən qurulması üçün ayrılan məbləğlə bağlı çıxan anlaşılmazlıq olub. Tommessen insanların daha ona güvənməməsi ilə əlaqədar istefa verdiyini açıqlayıb.
Qeyd edək ki, Tommessen kraldan sonra Norveçdəki ikinci şəxs idi.