- Köhnə - Dünya
- 9 Mart 2018 12:11
- 3 215
Əfqanıstanın paytaxtında kamikadze hücumu - 5 nəfər öldü
Əfqanıstanın paytaxtı Kabildə kamikadze özünü partladıb.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə zamanı ən azı 5 nəfər həlak olub, 10 nəfər isə yaralanıb. Hələ ki, rəsmi dairələr olayla bağlı açıqlama verməyiblər.
Qeyd edək ki, terror olayına görə heç biq qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.