ABŞ-ın Kaliforniya ştatının Yuntvil şəhərindəki veteranlar evində girov götürülən üç qadın ölü tapılıb. ABŞ-ın Kaliforniya ştatının Yuntvil şəhərindəki veteranlar evində girov götürülən üç qadın ölü tapılıb.

Silahlı şəxs girov götürdüyü üç nəfəri və özünü öldürüb - ABŞ-da

ABŞ-ın Kaliforniya ştatının Yuntvil şəhərindəki veteranlar evində girov götürülən üç qadın ölü tapılıb.

Azərtac TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli polis nümayəndəsi açıqlama yayıb.

İlkin məlumata görə, veteranlar evinə hücum edən silahlı şəxs girov götürdüyü 3 nəfəri və özünü öldürüb.

Kaliforniya qubernatoru Jerry Brovn öldürülən qadınların veteranlar evinin işçiləri olduqlarını açıqlayıb.

Silahlı şəxsin hərbi proqramlardan birinin iştirakçısı olduğu və psixi pozuntu səbəbindən proqramdan kənarlaşdırıldığı bildirilir.