Vaşinqtonda parad keçiriləcək

Pentaqon noyabrın 11-də Vaşinqtonda hərbi parad keçirmək niyyətindədir.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, paradda tanklar iştirak etməyəcək.

Parad Veteranlar Günündə keçiriləcək və yalnız "təkərli nəqliyyat vasitələri" nümayiş etdiriləcək.

Tanklar ABŞ paytaxtının küçələrindən keçməyəcək, çünki onlar şəhərin infrastrukturuna zərər verə bilər.

Vaşinqtonda keçiriləcək paradın sonunda hərbi təyyarələrin də iştirakı gözlənilir.