Şəhərin mərkəzində vəhşi leopard peyda oldu - 1 nəfəri dişlədi

Hindistanın İndaur şəhərinin mərkəzində vəhşi leopard peyda olub.

AzNews.az xəbər verir ki, yırtıcı onu tutmağa çalışan kişiyə hücum edib. Vəhşi leopardın meşədən şəhərin mərkəzinə necə gəlib çıxmağı məlum deyil. Yırtıcını görən piyadalar polis və yerli heyvanxanalara xəbərdarlıq edibər. Təqib edilən heyvan tikilməkdə olan binada gizlənməyə çalışıb. Binanın çıxışları dərhal bağlanıb. Heyvanı tutmağa çalışan cəsarətli şəxslədən biri önə keçib, lakin heyvan ona hücum edib, hətta bir neçə yerdən dişləyib. Sonra mütəxəssislər hadisə yerinə gəlib və onu tuta biliblər. Yaralanan şəxsin həyati təhlükəsi yoxdur.