Vergi xidmətinin direktoru evində ölü tapıldı

Latviyanın vergi xidmətinin rəhbərinin meyiti öz evində tapılıb.

AzNews.az xəbər verir ki, mərhumun meyitində qətl izi aşkarlanmayıb. Hal-hazırda hüquq-mühafizə orqanları İlze Çirulun mənzilini və meyitini araşdırıblar və ilkin rəyə əsasən qətl hadisəsi olmadığı vurğulanıb. Əlavə araşdırmalar təyin edilib. Baş nazir Maris Kucinskis və Maliyyə Naziri Dana Reizniece-Ozola artıq vergi xidmətinin yeni direktorunu təyin edib və 53 yaşlı mərhumun ailəsinə başsağlığı veriblər.

İlze 14 noyabr 2016-cı ildən etibarən vergi xidmətinin direktoru vəzifəsini icra edib. Ötən ay ölkədə korrupsiyaya qarşı mübarizə aparan orqanlar böyük miqyasda rüşvət almaqda şübhəli bilinən bank müdiri İlmars Rişeviçi saxlayıb. İlmars bank rəhbərliyi postundan xaric edilib.