“Kabinetdə çəkilən çox sayda şəkillərim var, lakin...” - Vladimir Putin

Rusiya Dövlət Başçısı Vladimir Putin Amerikanın televiziya kanalı NBC-yə verdiyi müsahibəsində aralarında Qərb mətbuatının da yer aldığı KİV-lərdə yayılan at belində və köynəksiz formada yayılan şəkilləri ilə bağlı şərh verib.

AzNews.az xəbər verir ki, jurnalist sualı əvvəlki müsahibə ilə əlaqələndirib və gələcək prezidentə kifayət qədər gücə malik olmaq təəssüratını yaratmağın nə qədər vacib olduğunu soruşub. Putinin sözlərinə görə, "təəssürat yaratmaq deyil, onu göstərmək vacibdir". Onun sözlərinə görə, ən vacib olan odur ki, biz gücdən nə anlayırıq.

"Bu yalnız yumruqlarınızı vurmaq və yüksək səslə bağırmaq deyil. Gücün bir neçə ölçüyə malik olduğuna inanıram. Birincisi: bir insan etdiyi hərəkətin doğru olduğuna əmin olmalıdır. İkincisi isə o, özü təyin etdiyi məqsədlərə nail olmaq üçün sona getməyə hazır olmalıdır ".

Putinin sözlərinə görə, təbiət qoynunda, at belində olan şəkillər xüsusilə seçilmirlər - jurnalistlər tərəfindən mətbuat üçün seçilirlər və internet istifadəçiləri yayırlar.

"Mən istirahət edirəm. Rus həmkarlarınız var, internet var, amma bunun məqsədyönlü olması üçün biz heç nə etmirik. Mənim iş mühitində, sənədlərlə, kabinetdə çəkilən çox sayda şəkillərim var, lakin bu heç kimə maraqlı deyil", - deyə Putin açıqlayıb.

"Yəni, siz demək istəyirsiniz ki, sizin daha çox köynəksiz şəkillərinizi sevirlər?", - jurnalist gülürək soruşub.

"Bilirsinizmi, mən ayı çapan zaman çəkilən şəklimi görmüşəm. Amma mən heç vaxt ayı çapmamışam. Amma, belə şəkil var", - deyə Rusiya prezidenti cavab verib.