- Köhnə - Dünya
- 12 Mart 2018 09:19
- 5 126
Koreya lideri ABŞ-la sülh müqaviləsi bağlamaq istəyir
Şimali Koreya lideri Kim Çen In ABŞ-la sülh müqaviləsi imzalamaq və iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq istəyir.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Kim Çen In, ABŞ-la münasibətləri normallaşdırmaq niyyətini Cənubi Koreya nümayəndələri ilə Pxenyanda görüşü zamanı bildirib.
Bir müddət əvvəl Kim Çen In, Donald Trampla görüşməklə bağlı razılığa gəlib. Görüşün vaxtı və yeri barədə dəqiqləşdirmə aparılır.