- Köhnə - Dünya
- 12 Mart 2018 13:36
- 3 178
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı
Avropa İttifaqı Rusiyanın 150 vətəndaşına və 38 şirkətinə yarım il müddətində sanksiya tətbiq edib.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Avropa İttifaqı bu qərarı onların "Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini zəiflətmək və təhdid etmək" istəyilə əlaqələndirib. Sanksiyaların müddəti 2018-ci ilin sentyabrın 15-dəkdir.
Qeyd edək ki, sanksiyalar aktivlərin dondurulmasından və Aİ-yə giriş qadağasından ibarətdir.