Nepalda təyyarə qəzaya uğradı: 50 nəfər öldü - Yenilənib

Nepalın paytaxtı Katmandudakı təyyarə qəzasında ölənlərin sayı artıb.

AzNews.az xəbər verir ki, "US-Bangla" aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb. Qəza zamanı təyyarədə 71 nəfər olub. Onlardan 50-si həyatını itirib. Digər 21 nəfər isə yaralanıb.

***

14:07

Nepalın paytaxtı Katmanduda təyyarə qəzası baş verib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, qəza "US-Bangla" aviaşirkətinə məxsus təyyarədə baş verib. Təyyarədə 67 sərnişin və 4 ekipaj üzvü olub. Artıq onlardan 20-si xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, rəsmilər təyyarə qəzasını texniki problemlə əlaqələndirirlər.