Merkel Putindən pivə əvəzinə nə aldığını açıqlayıb

Almaniya kansleri Angela Merkel, Rusiyanın dövlət başçısı ilə bəzən nələrisə dəyişdirdiyini açıqlayıb.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Merkel bildirib ki, Putin alman pivəsini xoşlayır. Bəzən onlar nəyisə dəyişir. Kansler daha sonra "Bir dəfə mən Putindən çox yaxşı bişmiş balıq aldım" deyib.

Rusiya prezidenti Putin də Merkelin Rusiyaya səfəri zamanı bir neçə dəfə ona pivə gətirdiyini etiraf edib.