Putin Tabakovdan danışdı

Rusiya prezidenti Vladimir Putin məşhur aktyor və rejissor Oleq Tabakovun həqiqətən də sevilən bir şəxs olduğunu bildirib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Putin Oleq Tabakovu görkəmli rejissor, aktyor, yaradıcı və cəsarətli insan kimi xarakterizə edib.

Rusiya prezidenti bildirib ki, Tabakov həmişə ilhamla işləyirdi və istedadlı insanlar üçün cazibə mərkəzi idi.

Qeyd edək ki, Oleq Tabakov dünən 83 yaşında dünyasını dəyişib.