Fələstinin baş nazirinin kortejində partlayış

Fələstində baş nazir Rami Həmdallahın olduğu kortejdə partlayış olub.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Qəzzada baş verən partlayış zamanı Həmdallahın da kortejdəki maşınların birində olduğu məlum olub.

Polis baş nazirin vəziyyətinin yaxşı olduğunu və planlaşdırılan görüşlərə qatılacağını açıqlayıb. Olayla bağlı rəsmi açıqlama verilməyib. Partlayışın qəsdən törədildiyi ehtimalı araşdırılır.