- Köhnə - Dünya
- 13 Mart 2018 14:38
- 4 556
İslandiyada qeyri-adi olay
İslandiyada sərxoş kişi pişik balasını "girov" götürüb.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, İslandiyanın Keblavik şəhərində qonşusunu ziyarət etməyə qərar verən kişi onun evindəki pişik balasını qucağına götürüb. Daha sonra ev sahibinin xahişinə məhəl qoymayaraq onu qaytarmaqdan imtina edib. Ev sahibi polisə zəng edib. Polis sərxoş kişi ilə danışıqlar aparıb və onu pişik balasını qaytarmağa razı sala bilib. Lakin o, təcavüzkar davranışa görə həbs edilib. Olay zamanı pişik balasına heç nə olmayıb.