- Köhnə - Dünya
- 13 Mart 2018 15:45
- 4 722
Deputatın bu sözləri qadınları narazı saldı
Uqandada Onesimus Tvinamasiko adlı deputatın kişilərin qadınları döyə biləcəyi ilə bağlı açıqlaması qadınlar tərəfindən narazılıqla qarşılanıb.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, deputat bildirib ki, qadınları tərbiyə etmək lazımdır, bu zaman onları döymək də olar. Bu açıqlama uqandalı qadınlar tərəfindən narazlıqla qarşılanıb və qadınlar ondan bu sözlərə görə üzr etməyi tələb ediblər.
Rəsmi məlumatlara görə, Uqandada 15-49 yaş arası qadınların hər beş nəfərindən biri zorakılığa məruz qalır.