MKİ-yə qadın rəhbərlik edəcək - İlk dəfə

ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) yeni rəhbərinin Gina Haspel olacağını bildirib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Tramp bunu Twitter səhifəsində yazıb.

MKİ-nin hazırkı rəhbəri Mayk Pompeo ABŞ dövlət katibi vəzifəsində çalışacaq.

Qeyd edək ki, Gina Haspel MKİ-yə rəhbərlik edən ilk qadın olacaq.