- Köhnə - Dünya
- 14 Mart 2018 23:31
- 3 386
Pakistanda partlayış oldu - Ölən və yaralılar var
Pakistanın şərqində yerləşən Lahor şəhərində güclü partlayış olub.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, son məlumatlara görə partlayış 9 nəfərin ölümü, 27 nəfərin yaralanması ilə nəticələnib.
Hayder Əşrəf adlı yerli polis rəisinin dediklərinə görə hadisə terrorist kamikadze tərəfindən törədilib.
Partlayışın TALİBAN tərəfindən törədildiyi i iddia olunur.
Qeyd edək ki, həmçinin, ötən ilin iyul ayında da Lahor şəhərində baş verən analoji hadisə nəticəsində 26 nəfər ölmüş, 50 nəfər isə yaralanmışdı.