- Köhnə - Dünya
- 15 Mart 2018 12:46
- 3 405
Kabel oğurlamaq istədi, cərəyan vurdu

Türkiyədə kabel oğurlamaq istəyən kişini cərəyan vurub.
AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin Çaycuma bölgəsində Adəm Bayraqdar adlı kişi kabel oğurlamaq üçün elektrik dirəyinə çıxıb. Kabelləri kəsmək istəyərkən onu elektrik cərəyanı vurub və cəsədi dirəkdə qalıb. Bayraqdarın cəsədi çox çətinliklə yerə endirilib. Məlum olub ki, o, 13 cinayəti törətməkdə ittiham edilib və axtarışda idi.