- Köhnə - Dünya
- 19 Mart 2018 09:47
- 2 084
Bülletenlərin 99 faizi sayılıb, Putin 76,65 faiz səslə irəlidədir - Rusiya MSK
Rusiya Mərkəzi Seçki Komissiyası bildirib ki, protokolların 99 faizi hesablanıb.
AzNews.az-ın Rusiya mətbuatına istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin 99 faizini hesablayıb. Beləliklə, Vladimir Putin 76,65 faiz səslə irəlidədir.
Pavel Qrudinin 11,82%, Vladimir Jirinovski isə isə 5,68% səs qazanıb.
Qalan namizədlər hazırda səslərin 2%-dən azını alıblar: Kseniya Sobçak 1,66%, Qriqoriy Yavlinsky - 1,04%, Boris Titov - 0,75%, Maksim Suraykin - 0,68%, Sergey Baburin - 0,65 %.