Bu ölkənin əhalisinin yarıdan çoxu kirayədə qalır

Almaniya Avropada ev sahibi olan əhalinin sayına görə ən axırıncı ölkə oldu.

AzNews.az-ın dünya mətbuatına istinadən xəbər verir ki, aparılan araşdırmalara görə, 2016-cı ildə Avropa əhalisinin 70,6 %-nin özü evinin olduğu məlum olub.

Avropa ölkələri içində ən az şəxsi evi olan əhali Almaniyada yaşayır.

Belə ki, almanların cəmi 49,8%-nin evi var. Almaniyada insanların yarıdan çoxu kirayədə qalır.