- Köhnə - Dünya
- 20 Mart 2018 11:31
- 2 035
Rusiyada qadın 3 uşağını və özünü öldürdü
Ötən gecə Rusiyanın Ulyanovsk şəhərində mənzildə qadın və üç azyaşlı uşağın meyiti tapılıb.
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya hüquq-mühafizə orqanları ananın uşaqları öldürdüyü, daha sonra isə intihar etdiyi versiyası üzərində dayanır.
Ərindən boşanmış qadın 3 uşağı ilə birlikdə yaşayıb. Uşaqların ikisi məktəb şagirdi, biri isə körpə olub.
AzNews.az