63 terrorçu məhv edildi

Əfqanıstanın təhlükəsizlik qüvvələri antiterror əməliyyatı çərçivəsində ötən gün ərzində 63 yaraqlını məhv edib.

Trend-in verdiyi xəbərə görə, bu barədə yerli KİV-lər Əfqanıstanın Nüdafiyə Nazirliyinə istinadla məlumat yayıb.

Əməliyyat ölkənin 5 əyalətini əhatə etdiyi bildirilir.

Məlumata əsasən, əməliyyat zamanı terrorçulara məxsus silah və partlayıcı maddələr aşkar olunub.

AzNews.az