- Köhnə - Dünya
- 25 Mart 2018 18:17
- 3 691
Minik maşını adamları vurdu: 21 ölü, 30 yaralı
Bu gün Mozambikdə minik avtomobili bir qrup insanı vurub, 21 nəfər ölüb, 30 nəfər yaralanıb.
Bu barədə "Club of Mozambique" portalı məlumat yayıb.
Qəza axşam saatlarında Maputo şəhərində baş verib. İlkin məlumata görə, avtomobil bir neçə maneəni aşdıqdan sonra piyada körpüsünə daxil olub və bir qrup insanı vurub. Ölənlərin əksəriyyəti gənclərdir.
Qəzanın səbəbi məlum deyil. Hüquq-mühafizə orqanları sürücünün sərxoş olduğunu istisna etmir.
Bu, qurbanlarının sayı baxımından ölkə tarixində ən böyük avtomobil qəzalarından biridir.