Ticarət mərkəzində yanaraq ölənlərin sayı 64 nəfərə çatdı - Rusiyada (Yenilənib 3)

Fövqəladə Hallar Nazirliyinin rəhbəri Vladimir Puçkovun sözlərinə görə, Kemerova ticarət mərkəzindəki yanğın nəticəsində 64 nəfər həlak olub.

AzNews.az xəbər verir ki, bazar günü Kemerova şəhərindəki 4 mərtəbəli "Qış albalısı" adlı ticarət mərkəzində yanğın olub. Yanğın bir neçə kinoteatr və uşaqların oyuncaq sahələri olan ən yüksək mərtəbədə başlayıb.

"64 son rəqəmdir", - deyə Puçkov jurnalistlərə bildirib.

***

10:30

İstintaq Komitəsi Kemerova şəhərindəki "Qış albalısı" ticarət mərkəzində yanğın nəticəsində 53 nəfərin öldüyünü təsdiqləyib.

AzNews.az xəbər verir ki, bu barədə komitənin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

Dörd mərtəbəli ticarət mərkəzində yanğın bazar günü başlayıb. Daha əvvəl faciə qurbanlarının sayının 48 nəfər olduğu bildirilib.

***

09:06

Rusiyanın Kemerova şəhərində "Qış albalısı" ticarət mərkəzində yanğın nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb.

AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, yanğın nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb. Rusiya Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib. Hadisə zamanı 27 nəfər itkin düşüb.

***

20:00

Bu gün Rusiyanın Kemerova şəhərində "Qış albalısı" ticarət mərkəzində yanğın nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

TASS agentliyinin verdiyi məlumata görə, bunu Rusiya İstintaq Komitəsi açıqlayıb.

İstintaq Komitəsinin məlumatında qeyd edilir ki, dəqiqləşdirilmiş informasiyaya əsasən yanğın zamanı 3 qadın, bir uşaq və bir kişi həyatını itirib.

Yanğınla əlaqədar 32 nəfər tibbi yardım üçün müraciət edib, onlardan 30-u xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, İstintaq Komitəsi bundan əvvəl ilkin məlumata əsasən yanğında 3 uşaq və bir qadının öldüyü barədə məlumat yaymışdı.

AzNews.az