“Türkiyənin suverenliyi təhlükə altındadır, çünki...” - Kılıçdaroğlu

CHP lideri Kamal Kılıçdaroğlu partiyasının qrup toplantısında çıxış edib.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Kılıçdaroğlu önəmli açıqlamaları ilə diqqət çəkib. O qeyd edib ki, dünyanın heç bir ölkəsinin digər ölkədən 60% enerji asılılığı yoxdur.

"Əgər sizin Rusiyadan 60% enerji asılılığınız varsa, onda suverenliyiniz təhlükə altındadır", deyə Kılıçdaroğlu bildirib.