- Köhnə - Dünya
- 28 Mart 2018 11:03
- 3 597
ABŞ-da qaradərili gənci vuran polislər cəzalandırılmadı
ABŞ-da, 2016-cı ildə Alton Sterlinq adlı qarədərili Amerika vətəndaşını öldürən iki polisin cəzalandırılmayacağı açıqlanıb.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Luziana ştatının baş hakimi bu gün verdiyi açıqlamada Bleyn Salamoni və Hovyi Leyk adlı iki polisin, qaradərili gənci vurarkən qanuni addım atdığını bildirib. Baş hakim bu qərarı iki il ərzində araşdırma aparılandan sonra açıqlayıb və bunu qaradərili gəncin silahlı olması ilə əlaqələndirib.