Amerikadan sərt sanksiya

Şimali Koreyayanın əsas xarici valyuta bankı üzərinə sanksiyalar tətbiq edildi



AzNews.az-ın BBC-yə istinadən yaydığı xəbərə görə Amerika Birləşmiş Ştatları Şimali Koreyanın nüvə ambisiyaları üzərində artan gərginlik fonunda bu ölkənin əsas xarici valyuta bankı üzərinə sanksiyalar tətbiq edib. Öz bəyanatında Amerika Milli Təhlükəsizlik Məsləhətçisi Tom Donilon Şimali Koreyanın istədiyi yardım və hörmət əldə etmək üçün "kursu dəyişdirmək" məcburiyyətində olduğunu söyləyib.

Amerikanın sanksiya tətbiq etməsi keçən həftə BMT-nin Şimali Koreyanın 2013-cü ilin fevral ayında keçirdiyi nüvə sınağından sonra Pyongyang üzərində sanksiyaları genişləndirmək qərarının məntiqi davamı idi.

Region ölkələri və Amerika qorxudan odur ki, Şimali Koreya raketə yerleşdirilə biləcək nüvə başlığını yaratmaq üzərində çalışır.

Sanksiyanın nəticəsi olaraq, dünən şimali Koreya cənubla qaynar xətti kəsərək Cənubi Koreya ilə mütarikənin (sülh danışıqlarının) yolverilməz olduğunu söylənilib.

Ağ Evin təmsilçisi Jay Carney Amerikanın Şimali Koreyanın bu tip ritorikasından narahat olduğunu vurğulayıb. Eyni zamanda BMT-nin Baş Katibinin təmsilçisi Koreya mütarikəsi tərəflərdən birinin birtərəfli olaraq müqavilədən çəkilməsinə icazə vermədiyini söyləyib.

Şamxal Əbilov
AzNews.az