Şənbə günü İsveçrənin Vale kantonunda baş vermiş qar uçqunu nəticəsində turistlər itkin düşüb. Şənbə günü İsveçrənin Vale kantonunda baş vermiş qar uçqunu nəticəsində turistlər itkin düşüb.

Qar uçqunu nəticəsində turistlər itkin düşüb

Şənbə günü İsveçrənin Vale kantonunda baş vermiş qar uçqunu nəticəsində turistlər itkin düşüb.

AzNews.az "RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən "Rottu Oberwallis" radiosu məlumat yayıb.

Fişeralp kurortu yaxınlığında itkin düşənlərin axtarışlarına xilasedicilər cəlb olunub.

İlkin məlumatlara görə, 5 nəfərdən ibarət turist xizəkçilər itkin düşüb.

Kanton polisi Matias Folkenin sözlərinə görə, axtarış əməliyyatları hava şəraiti ilə əlaqədar çətinləşib.