Növbəti papa amerikalı ola bilər

Növbəti Roma papası Amerikalı ola bilər? Bu xarici mətbuatda dolanan əsas suallardan biri olaraq qalır




Şərhçilər bunun mümkünsüzlüyü haqqında fikir yürüdür, bəziləri isə növbəti pontifikin məhz Birləşmiş ştatlardan olacağına inanır. Vatikandan olan Messagero qəzetinin müxbiri Franko Ciyansoldati amerikalı namizədlərin bunun üçün yaxşı şansı olduğunu hesab edir.

"Onların Nyu-Yorkdan kardinal Timoti Dolan və Bostondan kardinal Şon Omali kimi tanınmış dini xadimləri var. Vatiliks qalmaqalı və ya pedofil rahib böhranı kilsənin Katolik kilsənin nüfuzuna böyük ziyan vurmuşdu. Habelə bu iki şəxs belə bir şəraitdə xristiyanları kilsəyə yaxın etdi", - deyə "Messagero" qəzetinin müxbiri Franko Ciyansoldati bildirib.

Xarizmatik dini xadim kimi qələmə verilən Dolan, təhsilini Romada alıb və adı çəkilən şəhərdə Amerika seminarına rəhbərlik edib. Özünəməxsus yumor hissi ilə seçilən kardinal, kilsə dəyərlərinə mühafizəkarcasına yanaşır. Ölkəsində Dolan uşaq abortu və eynicinsli nikahının qatı əleyhdarlarından hesab olunur. O eyni zamanda 2009-cu ildən bəri Amerikanın yepiskoplar qurumunun prezidentidir.

Digər amerikalı namizəd Şon Omaliyə gəldikdə isə, onun həmkarından əsas üstünlüyü İtalyan dilində danışmağı bilməsindədir. Bu isə gündəlik işi ilə əlaqədar Roma papası üçün olduqca vacib atribut sayılır. Habelə onun müasir yönümlü olması, əksəriyyəti mühafizəkar olan Vatikan liderliyinin ona etimad göstərəcəyi ehtimalını azaldır.

AzNews.az