Jak Şirakın qızı köhnə kostyumlarını miqrantlara verdi

Fransanın keçmiş prezidenti Jak Şirakın qızı öz köhnə kostyumlarını miqrantlara verib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Jak Şirakın qızı Klod qışda üşüməsinlər deyə öz kostyumlarını miqantlara göndərib. Belə ki, miqrantlarla köməklə bağlı Kloda müraciət olunub və o da buna müsbət cavab verib.

Qeyd edək ki, Jak Şirak Fransanın 22-ci prezidenti olub. O, 1995-ci ildən 2007-ci ilə qədər Fransanı idarə edib.