- Köhnə - Dünya
- 13 Aprel 2018 15:46
- 2 471
Almaniyada 3 suriyalı həbs olundu - Terror ittihamı

Almaniyada terrorçuluqda şübhəli bilinən 3 suriyalı həbs olunub.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, şübhəlilərdən birinin "Əhrar əş-Şam" qruplaşmasının üzvü olduğu bildirilir. Digər iki suriyalı isə İŞİD-çilərə xidmət etməkdə ittiham olunur.
Qeyd edək ki, hər üç suriyalı 2015-ci ildən Almaniyada yaşayırlar.