Rusiyada amerikalıları işə götürmək qadağan edilə bilər

Rusiya Dövlət Dumasının deputatları ABŞ-ın anti-Rusiya sanksiyalarına cavab olaraq, Rusiyadakı işəgötürənlərə Amerika vətəndaşlarını işə qəbul etməyi qadağan edib.

AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu Dövlət Dumasının bazasında olan materiallarda bildirilir. Məlum olduğu kimi, qadağa yüksək ixtisaslı mütəxəssislərə təsir göstərə bilər.

Deputatlar bildiriblər ki, bu cür tədbirlər rusların hüquqlarını və azadlığını, eləcə də Rusiyanın maraqları və təhlükəsizliyini qorumaq üçün vacibdir.