- Köhnə - Dünya
- 13 Aprel 2018 17:12
- 6 681
Hollandiya da Suriya ilə bağlı qərarını açıqladı
Almaniya və İtaliyadan sonra Hollandiya da Suriyada hərbi əməliyyatlara qoşulmayacağını açıqlayıb.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Donald Trampın tvitlərindən sonra Suriyada hərbi əməliyyatlar üçün hazırlıqlara başlanılıb. Trampın açıqlamalarına Fransa və İngiltərədən dəstək gəldiyi zamanda, bəzi Avropa ölkələri hərbi əməliyyatlara qoşulmamağı seçib. Almaniya və İtaliyanın hərbi əməliyyatlarda iştirak etməkdən imtina etməsindən sonra Hollandiya da bu cür əməliyyatlara qoşulmayacağını açıqlayıb.