- Köhnə - Dünya
- 28 Aprel 2018 09:33
- 3 950
Türkiyədə ağır yol qəzası: onlarla yaralı
Türkiyədə Elazıq - Diyarbəkir yolunda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.
Trend-in Milliyet qəzetinə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində 30 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Bütün xəsarət alanlar Elazıq xəstəxanalarına yerləşdirilib.
Hadisənin səbəbi avtobus sürücüsünün idarəetməni itirməsi olub.