İngiltərənin Oksford şəhərində yerli polis və bir silahlı şəxs arasında atışma olub. İngiltərənin Oksford şəhərində yerli polis və bir silahlı şəxs arasında atışma olub.

Oksfordda atışma baş verdi - Fotolar

İngiltərənin Oksford şəhərində yerli polis və bir silahlı şəxs arasında atışma olub.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, şahidlər atışma səsləri ilə yanaşı, partlayış səsi də eşidiblər.

Hadisəyə görə Paradays meydanı və şübhəli ilə danışıqların aparıldığı Norfolk küçəsi bağlanıb.

İngiltərə Polisi insanları hadisə yerindən yayındırmağa çalışıb. Bunun terror hadisəsi olmadığını bildiriblər.

"İndependent" bildirib ki, atışma hüquq-mühafizə orqanlarının əməkdaşları ilə naməlum şəxs arasında baş verib. Polis vətəndaşları əməliyyat başa çatana qədər şəhərin mərkəzindən uzaq olmağa çağırıb.