Hindistanın bir neçə ştatında güclü küləklə müşayiət olunan leysan yağışları çoxsaylı insan tələfatı və dağıntılara yol açıb. Hindistanın bir neçə ştatında güclü küləklə müşayiət olunan leysan yağışları çoxsaylı insan tələfatı və dağıntılara yol açıb.

Güclü külək və yağışlar 40 nəfərin həyatına son qoydu

Hindistanın bir neçə ştatında güclü küləklə müşayiət olunan leysan yağışları çoxsaylı insan tələfatı və dağıntılara yol açıb.

Trend-in məlumatına görə, qasırğa ən çox ölkənin şərqindəki Carkxand ştatını cənginə alıb. Təkcə 12 nəfər bu ştatda qasırğanın qurbanı olub.

Ümumilikdə isə hazırda ölənlərin sayının 40-a çatdığı bildirilir, daha 28 nəfər isə yaralanıb.

Uttar-Pradeş, Bixar və ətraf ştatlarda güclü külək ağacları və işıq dirəklərini aşırıb. Hazırda hadisə yerində xilasedicilər işləyir.

Sinoptiklər yaxın günlər ərzində havanın hələ də qeyri-əlverişli olcağını proqnozlaşdırıblar. Bu səbəbdən sakinlərə lazım olmadığı halda evlərini tərk etməmələri tövsiyə olunub.

AzNews.az