İngiltərədə sürücü maşını piyadaların üstünə sürdü

Böyük Britaniyanın Mançester şəhərində sürücü yük avtomobilini piyadaların üstünə sürüb.

APA-nın Ren TV-yə istinadən verdiyi xəbərə görə, insident Trafford yaşayış məntəqəsində baş verib.

Hadisə nəticəsində beş nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən sürücü hadisə yerindən qaçıb. Polis əməkdaşları hazırda əməliyyat-axtarış tədbirləri həyata keçirir. Əməliyyata helikopter cəlb edilib. Digər təfərrüatlar açıqlanmır.

AzNews.az