- Köhnə - Dünya
- 3 İyun 2018 13:30
- 6 143
Dünya gözəli yol qəzasında öldü - Fotolar

2018-c il dünya gözəllik müsabiqəsinin qalibi olmuş qırğızıstanlı Saniya Şakirova yol qəzasında dünyasını dəyişib.
AzNews.az xəbər verir ki, hadisə İssık-Kul vilayətində Balıqçı-Qaraqol şosesində baş verib.
Çolpon-Ata adlı taksi sürücüsünün idarəetməsindən çıxan avtomobil yol kənarındakı divara çırpılıb. Avtomobildə olan Saniya Şakirova yerindəcə keçinib. Sürücü isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, 30 yaşlı model 3 uşaq anası idi.