- Köhnə - Dünya
- 5 İyun 2018 15:18
- 4 179
Səudiyyədə ilk dəfə qadınlara sürücülük vəsiqəsi verildi

Səudiyyə Ərəbistanında ölkə tarixində ilk dəfə olaraq qadın sürücülük vəsiqəsi alıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qadının fotosunu yol polisi paylaşıb. Sənədlər qadına alqış sədaları altında təqdim olunub.
Xatırladaq ki, Səudiyyə kralı Salman ibn Əbdüləziz əs-Saud 2017-ci ilin sentyabrında qadınların avtomobil idarə etməsinə qoyulan qadağanı aradan qaldırmışdı.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında qadınların maşın sürməsinə 1990-cı ildən icazə verilmirdi.
AzNews.az