Fransa Mili Məclisi orta məktəblər və kollec şagirdlərinin mobil telefon istifadə etməsini qadağan edən qanun layihəsini qəbul edib. Fransa Mili Məclisi orta məktəblər və kollec şagirdlərinin mobil telefon istifadə etməsini qadağan edən qanun layihəsini qəbul edib.

Fransada şagirdlərə qadağa

Fransa Mili Məclisi orta məktəblər və kollec şagirdlərinin mobil telefon istifadə etməsini qadağan edən qanun layihəsini qəbul edib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qanun sentyabrda başlayacaq növbəti dərs ilindən etibarən qüvvədə olacaq. Lakin, lisey şagirdlərinə şamil olunmayacaq.

Layihədə daha öncə müəllimlərə də eyni qadağanın qoyulması nəzərdə tutulsa da, son dəyişikliklərdən sonra həmin hissə çıxarılıb.

Xatırladaq ki, Fransa təhsil naziri Jan-Mişel Blanker bir neçə ay öncə verdiyi açıqlamada şagirdlərin dərsə diqqətini artırmaq üçün mobil telefon istifadəsinin qadağan edilə biləcəyini söyləmişdi.

AzNews.az