- Köhnə - Dünya
- 8 İyun 2018 10:30
- 4 254
Türkiyə İraqın 3 regionuna zərbələr endirə bilər - Ərdoğan
Ankara İraqın Kandil, Sincar və Maxmur regionlarına zərbələr endirə bilər.
Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
R.T.Ərdoğan bildirib ki, əgər İraq rəhbərliyi PKK ilə bacarmasa, Türkiyə heç kimlə razılaşdırmadan 3 bölgəyə zərbələr endirəcək.
Qeyd edək ki, PKK ilə 25 ildən artıqdır ki, mübarizə aparan Türkiyə minlərlə insan itkisi ilə qarşılaşıb.
AzNews.az