- Köhnə - Dünya
- 8 İyun 2018 10:39
- 4 644
Qvatemala dünya ölkələrindən yardım istədi
Qvatemala hökuməti Fueqo vulkanının fəsadlarının aradan qaldırılmasına yardım üçün rəsmi olaraq dünya ölkələrinə müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, məlumatı ölkə XİN-i yayıb. Yardımla bağlı xahiş dünəndən etibarən beynəlxalq ictimaiyyətə göndərilib.
Qeyd edək ki, vulkan püskürməsi nəticəsində ölənlərin sayı 109-a çatıb. Daha 192 nəfər isə itkin düşüb.
AzNews.az