Folqaya bürünüb Türkiyəyə keçmək istədilər, amma... - Foto

7 İraq vətəndaşı Türkiyəyə qanunsuz şəkildə, gizlicə keçmək istəyirdilər. Avtomobillər üçün plastik detalların olduğu yük konteynerində gizlənən iraqlılar bədənlərinə folqa sarımışdılar.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, onlar bu minvalla sərhəd-buraxılış məntəqəsindəki nəzarət-rentgen aparatını "aldatmaq" istəyirdilər.

Lakin onlar Türkiyənin Pendik limanındakı gömrük nəzarət məntəqəsində tutulublar.

7 iraqlı miqrant və onların gizləndikləri konteynerin olduğu yük maşınının sürücüsü saxlanılıblar.

AzNews.az

image description