Tramp “G7” zirvə toplantısını çox uğurlu adlandırdı

ABŞ prezidenti Donald Tramp "Böyük yeddiliy"in ("G7") Kanadada keçirilən zirvə toplantısını çox uğurlu adlandırıb.

Trend-in məlumatına görə, Tramp bunu toplantıda öz iştirakının yekunları üzrə jurnalistlərə deyib. "Biz inanılmaz dərəcədə uğurlu "G7" (toplantı) keçirdik", - deyə Tramp bildirib.

Qeyd edək ki, Tramp "G7"in zirvə toplantısını vaxtından əvvəl tərk etmək niyyətindədir. O, iyunun 12-də KXDR-ın lideri Kim Çen Inla görüşmək üçün Sinqapura yollanacaq.

AzNews.az