Sinqapur tərəfi ABŞ prezidenti Donald Trampa tort hədiyyə verməklə onu əvvəlcədən doğum günü münasibətilə təbrik edib. Sinqapur tərəfi ABŞ prezidenti Donald Trampa tort hədiyyə verməklə onu əvvəlcədən doğum günü münasibətilə təbrik edib.

Sinqapurda Trampa tort hədiyyə edildi

Sinqapur tərəfi ABŞ prezidenti Donald Trampa tort hədiyyə verməklə onu əvvəlcədən doğum günü münasibətilə təbrik edib.

"Report" RT-yə istinadən xəbər verir ki, bu barədə Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan "Facebook"da məlumat verib.

"Doğum gününü vaxtından bir qədər əvvəl qeyd edirik" yazaraq status paylaşan XİN başçısının statusa yerləşdirdiyi şəkildə Trampın nahar masasında əyləşdiyi və qarşısında tort olduğu görünür.

Qeyd edək ki, iyunun 14-də Trampın 72 yaşı tamam olacaq.

AzNews.az