İranın dövlət sərhədini mütəmadi pozaraq qanunsuz yollarla ölkəyə daxil olmaq istəyən silahlı qruplara qarşı antiterror əməliyyatı keçirilib. İranın dövlət sərhədini mütəmadi pozaraq qanunsuz yollarla ölkəyə daxil olmaq istəyən silahlı qruplara qarşı antiterror əməliyyatı keçirilib.

İranda antiterror əməliyyatı keçirildi - 16 terrorçu öldürüldü

İranın dövlət sərhədini mütəmadi pozaraq qanunsuz yollarla ölkəyə daxil olmaq istəyən silahlı qruplara qarşı antiterror əməliyyatı keçirilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri İran İslam İnqilab Keşikçiləri Korpusunun quru qoşunları komandiri Məhəmməd Pakpur mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, ölkənin cənub-şərqində keçirilən əməliyyatda PKK terror təşkilatının İran qolu olan PJAK üzvləri məhv edilib.

M. Pakpur qeyd edib ki, əməliyyat zamanı 16 terrorçu zərərsizləşdirilib. Əməliyyatda iştirak edən İran İslam İnqilab Keşikçiləri Korpusunun şəxsi heyəti itki verməyib.

AzNews.az