ABŞ-ın Florida ştatının sakini polislə atışmadan sonra dörd uşağı girov götürüb. ABŞ-ın Florida ştatının sakini polislə atışmadan sonra dörd uşağı girov götürüb.

ABŞ-da polisə atəş açan şəxs uşaqları girov götürdü

ABŞ-ın Florida ştatının sakini polislə atışmadan sonra dörd uşağı girov götürüb.

Bu barədə "Report" yerli "Orlando Sentinel" qəzetinə istinadən xəbər verir.

Orlando şəhər polisinin rəhbəri Con Meynin sözlərinə görə, hüquq-mühafizə orqanları əməkdaşları evdə zorakılıq siqnalı üzrə mənzillərdən birinə çağırılıblar. Təqsirləndirilən şəxs saxlanılarkən polislə onun arasında atışma olub və bir polis ağır yaralanıb.

Atışmadan sonra kişi 1 yaşdan 12 yaşa qədər dörd uşağın olduğu mənzildə gizlənib.

Hadisə yerinə xüsusi təyinatlıları gəlib, onlar atəş açan şəxslə danışıqlar aparmağa çalışırlar.

AzNews.az