Xamneyi İsraili hədələdi - VİDEO

İranın ali dini rəhbəri İsrailə xəbərdarlıq ünvanlayıb



"Əgər İsrail bizə hücum edərsə, Hayfa və Təl-Əviv məhv ediləcək".

Belə hədələyici bəyanatla İranın ali dini rəhbəri Əli Xamneyi çıxış edib. Novruz bayramı münasibətilə Məşhəddə xalqı təbrik edən ayətullah Xamneyi İranı müharibə ilə hədələyən İsrailə xəbərdarlıq ünvanlayıb:

"Zaman-zaman sionist rejimi bizi müharibəyə başlayacağı ilə bağlı bəyanatlarla hədələyir. Bunu onlar özləri də bilir, yox, əgər bilmirlərsə, onda deyim, qoy bilsinlər. Əgər onlar bu səhvi etsə, İran İslam Respublikası Təl-Əviv və Hayfanı yer üzündən siləcək".

Xatırladaq ki, martın 20-də İsrailə səfər edən ABŞ prezidenti Barak Obama yəhudi rəsmiləri ilə danışıqlarda İranın nüvə proqramını müzakirə edib və Tehranın nüvə təhlükəsinin neytrallaşdırılması üçün Təl-Əvivin təktərəfli güc tətbiq etmək hüququnu tanıyıb.