- Köhnə - Dünya
- 18 İyun 2018 20:32
- 6 070
Göyərtəsində 80 sərnişin olan bərə batdı - Ölən var
İndoneziyanın Sumatra adasında, Toba gölündə 80 sərnişin olan gəmi batıb.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfərin öldüyü bildirilir.
Hələlik yalnız 18 nəfəri xilas etmək mümkün olub. Hadisə yerində xilasedici əməliyyat davam edir. Qəzanın səbəbləri barədə məlumat verilmir.
AzNews.az