- Köhnə - Dünya
- 29 İyun 2018 17:50
- 2 752
Yük maşını dərəyə aşdı
Lənkəran-Lerik yolunun 29-cu km-də, Lerik rayonunun Piran kəndi ərazisində "Ford" markalı yük maşını dərəyə aşıb.
APA-nın cənub bürosunun məlumatına görə, qəza zamanı biri yüngül olmaqla, iki nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Onlara tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az